Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdibackend

Elnur Əşrəfoğlunun dəfn yeri müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən koronavirus səbəbilə 47 yaşında vəfat edən məşhur jurnalist, idman şərhçisi Elnur Əşrəfoğlu Saray qəsəbəsində dəfn olunacaq.

Editor.az bizimmediaya istinadla xəbər verir ki, jurnalistin nəşi bu gün saat 10-11 radələrində vida mərasimi üçün 1 saylı Şəhər Klinik Xəstəxanasından (Semaşko) Sulutəpə qəsəbəsində yaşadığı evə aparılacaq.

O daha sonra Saray qəsəbəsində ailə məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, jurnalist Elnur Əşrəfoğlu bir aydan çox idi ki, COVİD-19 yoluxması diaqnozu ilə “Yeni klinika”da müalicə olunurdu. Şərhçi oktyabrın 19-da axşam saatlarında vəfat edib.

Allah rəhmət eləsin!