Elnur hansı aparıcını döymək istəyib? – “Mikrofonu çırpdım…“backend

Elnur hansı aparıcını döymək istəyib? – “Mikrofonu çırpdım…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün jurnalistlər və aparıcılar bilir ki, sevmədiyim iki sual var: biri ailəm, digəri isə sənət yoldaşlarım haqqında verilən suallar. Bu haqda danışmağı xoşlamıram”. 

Bu sözləri müğənni Elnur Məmmədov “Özəl” proqramında qonaq olarkən deyib. Sənətçi adını açıqlamadığı aparıcı ilə aralarında yaşanan mübahisədən bəhs edib:

“Günlərin bir günü verilişə yeni gətirilmiş bir aparıcının qonağı oldum. Baxırsan ki, bu aparıcılıq istəmir, yalnız gündəm istəyir. Elə mənə sual verdi ki, ona baxıb dedim, sən yenisən bu camiyədə? Mənə çox yekə-yekə, özündən razı kimi “yox” cavabını verdi. Mikrofonu əlimə alıb, onun üzərinə çırpdım. Dedim ki, çəkin bu aparıcını buradan. Bəlkə də həmin an əlimdən qəza çıxa bilərdi”.

Axşam.az