Elnur Məmmədov oğluna ad günü etməkdən imtina etdi – VİDEObackend

Elnur Məmmədov oğluna ad günü etməkdən imtina etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Elnur Məmmədov oğlu İlhamla bağlı diqqət çəkən açıqlama verib.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, ailəvi şəkildə dostunun övladının məclisində iştirak etdiyini söyləyən sənətçi bildirib ki, oğlunun səs-küyə dözməyərək, ağlaması səbəbi ilə gecəni tərk etməli olub.

E.Məmmədov baş verən hadisədən sonra oğlu İlhama doğum günü məclisi keçirməkdən belə imtina edib:

“Oğlumun doğum gününü qeyd etmək üçün Azərbaycanımızın ən gözəl güşələrinin birində yer danışdıq. Övladımın ad günündən əvvəl isə Avropada idim. Almaniyada yaşayan dostumun ailəsinin xoş günündə iştirak edirdim. Onun oğlu isə övladımdan bir ay əvvəl dünyaya gəlib. Onun bir yaşını qeyd etməyi düşündük. Söylədim ki, oğluna Avropada ad günü etmə. Bütün qohumların Azərbaycandadır.

Əziyyət yenə də sənin boynuna düşəcək. Azərbaycanda oğluna doğum günü et, hamı da gəlib ürəklə məclisində iştirak etsin. Gəldik Vətənə dostumun oğlunun bir yaşını keçirdik.

Birinci dəfə idi ki, ailəvi olaraq xanımım və oğlumla məclisə gedirdik. Uşağım içəri girən kimi tədbirdəki səs-küydən başladı ağlamağa. Məclisə necə gelmişdiksə, elə də evə qayıtdıq. Evə gələndən sonra həyat yoldaşıma sual verdim ki, uşağımıza ad günü etmək fikrindəsən? Cavab verdi ki, yox.

Qonaqları övladımızın doğum gününə dəvət edib evdə oturacağamsa, bu onlara qarşı böyük hörmətsizlik olacaq. Bundan sonra övladımıza ad günü keçirmək istədiyimiz məkana zəng edib təxirə saldım. Təsəvvür edin ki, Amerika və Avropada yaşayan dostlarım belə oğlumun ad günündə iştirak etmək üçün təyyarə biletlərini almışdılar. Birinci onlara zəng vurub söylədim ki, xahiş edirəm gəlməyin. Uşağımın xasiyyəti tünddür”.

Qeyd edək ki, Elnur Məmmədov 2011-ci ildə ailə qurub. Lakin onun 10 il övladı olmayıb. O, aylar əvvəl qonaq olduğu “Günün sədası” səhər şousunda ata olmaq üçün xeyli pul xərclədiyini açıqlayıb. Ötən il isə E.Məmmədovun İnam adlı oğlu dünyaya gəlib.

Milli.Az