Elnur Soltanova yüksək vəzifə verildibackend

Elnur Soltanova yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika nazirinin müavini Elnur Soltanova yeni vəzifə verilib.

Editor.az  metbuat.az-a istinadən xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, E. Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

Xatırladaq ki, Elnur Soltanov 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib. O, 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb.

E. Soltanov 2018-ci ildən Azərbaycanın energetika nazirinin müavinidir.