Elon Mask: “Heç bir razılaşma imzalanmayıb”backend

Elon Mask: “Heç bir razılaşma imzalanmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-lı sahibkar Elon Mask Telegram-ın yaradıcısı Pavel Durovun Telegram və Maskın xAI şirkəti arasında əməkdaşlıqla bağlı açıqlamalarına X sosial media platforması vasitəsilə cavab verib.

Editor.az xəbər verib ki, onun cavabına görə, heç bir müqavilə imzalanmayıb. O, aşağıdakı ifadələrdən istifadə edərək Durovun iddialarını rədd edib:

Durov açıqlamasında bildirib ki, Telegram və xAI, Maskın süni intellektli chatbot Grok-u Telegram istifadəçilərinə təqdim etmək üçün bir il müddətində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Durov, həmçinin telegram-ın bu sövdələşmə çərçivəsində xAI-dan 300 milyon dollar pul və kapital alacağını açıqlayıb.

İlon Mask Durovun yazısına birbaşa cavab verib və aralarında heç bir müqavilənin imzalanmadığını bildirib.

//Gülnarə Abasova, Editor.az