backend

Elşad Həsənov: Yüksək keyfiyyətli təhsil cəmiyyətin tərəqqisini şərtləndirən amilə çevrilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Dünyada sabitlik və inkişafın əldə edilməsində təhsil son dərəcədə mühüm rol oynayır». Bu fikri Milli Məclisin deputatı Elşad Həsənov deyib. E.Həsənov bildirib ki, yüksək keyfiyyətli təhsil bu və ya digər cəmiyyətin tərəqqisini şərtləndirən amilə çevrilib. Onun sözlərinə görə, məhz buna görə təhsilə yatırılmış sərmayələr həm bir fərd kimi insanın inkişafına, həm də bütöv cəmiyyətin çiçəklənməsinə qoyulmuş vəsait olur.
«Azərbaycanda da təhsilin inkişafı prioritet istiqamətlərdən biridir. Hökumət hər il yeni məktəblərin tikintisinə və təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsinə dövlət büdcəsindən böyük vəsaitlər ayırır. 2004-cü ildən bəri respublikada 3000-dən çox məktəb inşa edilib və ya yenidən qurulub. Ölkə əhalisinin savadlılıq dərəcəsi yüz faizə çatmaq üzrədir, minlərlə gənc dövlət hesabına Avropa və Amerikanın adlı-sanlı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanıb. Təhsil və elm sahəsinə yönəldilmiş maliyyə vəsaitləri dinamik və sabit inkişafı təmin edir, yaşayışın keyfiyyət və standartlarını yüksəldir»- deyə, deputat qeyd edib.
//Editor.az