backend

Elşad Xose nə vaxt sərbəst buraxılacaq? – Polisdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir.
Editor.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən qafqazinfo-ya Elşad Xosenin hazırda idarədə saxlandığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.
Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.
Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib.
Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb.