Xəbər verdiyimiz kimi, meyxanaçı Elşən Xəzərin saxlanılması haqda yalan məlumat yayılıb.
Editor.az axşam.az-a istinadən bildirir ki, ifaçı məsələdən sonra videoaçıqlama yayaraq reaksiya verib:
“Kiminsə yəqin planı var. Evdə idim, yuxudan durdum ki, belə mlumat yayılıb. Narazıçılığa səbəb yoxdur. Nə var ki, nə də olsun. Bu xəbər yalandır. Elə bil ortada düşmənçilik var. Mənim yerimə kim olsaydı, həmin xəbəri yayanı məhkəməyə verib, cəzalandırardı. Mənim saçıma, saqqalıma yaraşmaz. İstəmərəm kimsə ziyana düşsün. Başqası olsaydı, bunu edərdi.
Hər şey yaxşıdır, canımla əlləşirəm. Dostlarım narahat olmasın. Yazı-pozu işi ilə məşğul oluram. Həmin insanları da bağışlayıram”.
Qeyd edək ki, E.Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində saxlanıldığı xəbəri yayılmışdı.