Elvin Cəfərquliyev aparıcıdan mikrafonu alıb azarkeşlərə səsləndi – VİDEObackend

Elvin Cəfərquliyev aparıcıdan mikrafonu alıb azarkeşlərə səsləndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun futbolçusu Elvin Cəfərquliyev “Ayntraxt” (Almaniya) üzərində qələbəni özünəməxsus şəkildə qeyd edib.

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda “Ayntraxt” (Almaniya) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. “Köhlən atlar”a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Qələbəni qeyd edən Elvin Cəfərquliyev aparıcıdan mikrafonu alaraq tamaşaçılara səslənib və fərqli şəkildə reaksiya verib.

Milli.Az həmin görüntüləri təqdim edir: