Elza Seyidcahan ilk sevgilisi haqda: “O vaxt elçi gəlsəydi uça-uça gedərdim”backend

Elza Seyidcahan ilk sevgilisi haqda: “O vaxt elçi gəlsəydi uça-uça gedərdim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Elza Seyidcahan “Onun Sirri” verilişindəki digər açıqlamaları ilə diqqət çəkib. Müğənni sinif yoldaşı olmuş ilk sevgilisi haqda deyib:

“Orta məktəbdə oxuduğum zamanlarda Cavid Ağaverdiyev adlı parta yoldaşım vardı. Cüdo ilə məşğul olurdu. Zəngin ailənin oğlu idi. Bir gün məktəbdə bir oğlan mənə söz atmışdı, Cavid onu döymüşdü. Biz məktəbi bitirəndə küsülü ayrıldıq. O, əsgərliyə getdi, mən evləndim. Bacısı Arzu ilə münasibətimiz yaxşı idi, əlaqəmiz vardı. Arzu Cavidə zəng vurub deyib ki, Elza ərə gedib. Cavid də deyib ki, dostum etibarsız çıxdı. Bacısı da başa düşüb ki, qardaşı məni sevirmiş.

Sonra Cavid tarix fakultəsini bitirdi, lakin həyat onu elə bir sınağa çəkdi ki, həbsxanaya düşdü.
Fəxr edirəm ki, onun kimi sinif yoldaşım olub. Onu çox sevirəm. O vaxt elçi gəlsəydi, uça-uça gedərdim. Həbsxanadan çıxdıqdan sonra yanına getdim, söhbətləşdim”.