“Em Consulting and Maintenance”dən Silahlı Qüvvələrə Yardım Fonduna ianəbackend

“Em Consulting and Maintenance”dən Silahlı Qüvvələrə Yardım Fonduna ianə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Em Consulting and Maintenance” MMC Vətən torpaqlarının azad olunması üçün döyüşən Azərbaycan Ordusuna dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

Fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Onun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Qarabağ Azərbaycandır!