Emanuel Makronun dəvəti ilə Avropa İttifaqı dövlətləri Versalda toplanırbackend

Emanuel Makronun dəvəti ilə Avropa İttifaqı dövlətləri Versalda toplanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ liderləri Ukraynanın ittifaqa daxil olma prossesinin sürətləndirilməsi və Rusiyanın hərbi müdaxiləsinin müzakirə olunması ilə bağlı Fransanın Versal şəhərində iki günlük sammit çərçivəsində toplanırlar.

Editor.az “France 24” ə istinadla xəbər verir ki, Versal sarayında baş tutacaq görüşün Fransanın 6 aylıq Aİ sədrliyinin zirvəsi olacağı düşünülür.

Bundan əlavə prezident Makron Rusiya lideri Vladimir Putinin Avropada uzun müddət hökm sürən sabitliyi amansızca pozmasına cavab olaraq “Siyasi Böhran” sammitinə də sədrlik edəcək. Ukraynada davam etməkdə olan müharibə və Aİ-nın Rusiyadan asılı olmadan enerji təchizatı sammitin əsas mövzuları olacaq.

Sammitin yekun bəyannamə layihəsində “Rusiyanın apardığı təcavüzkar müharibə Avropa tarixində tektonik dəyişiklikdir” – deyə qeyd olunub.

//Sərxan Həsənov, Editor.az