Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
“Qafqazinfo”nun məlumatına görə, gündəmi zəbt edən hadisədə xoşbəxtlikdən insan təlafatı olmasa da, bir sıra müzakirələrə səbəb olub.
“Embawood” şirkəti belə bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb. Belə ki, mebel satışı ilə məşğul olan şirkət qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz – sifarişini ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.
“Embawood”un bu paylaşımı sosial şəbəkələrdə etirazla qarşılanıb və ciddi şəkildə tənqid olunub. Tənqidlərdən sonra paylaşım şirkətin sosial media hesabından silinib.