“Embraer” təyyarəsinin qəzaya uğramasına görə Rusiya Federasiyası məsuliyyət daşıyır – Ukrayna Prezidenti Vladimir Zelenskibackend

“Embraer” təyyarəsinin qəzaya uğramasına görə Rusiya Federasiyası məsuliyyət daşıyır – Ukrayna Prezidenti Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” QSC-nin Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsinin Qazaxıstanda qəzaya uğramasına görə Rusiya Federasiyası məsuliyyət daşıyır.

Editor.az xəbər verir ki, bu barədə dekabrın 27-də Ukrayna Prezidenti Vladimir Zelenski X.sosial şəbəkəsində yazıb. “Azərbaycan Hava Yollarının dəhşətli qəzası ilə bağlı getdikcə daha çox təfərrüat ortaya çıxır”, – Zelenski qeyd edib. Onun sözlərinə görə, “qəza yerindən foto və videolar Rusiyanın faciəyə görə məsuliyyət daşıdığını əyani şəkildə göstərir”.

“Əgər Rusiya [uçuşun] #MH17-nin vurulması hadisəsində olduğu kimi yalanlar yaymağa davam edərsə, həqiqətin üzə çıxması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün Moskvaya bütün beynəlxalq təzyiqləri gücləndirmək lazım gələcək” – Ukrayna prezidenti vurğulayıb.

//Samir Qurbanov, Editor.az