Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkirbackend

Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir.

Bu barədə muğam ifaçısı “Instagram” hesabında paylaşım edib.

O, Türkiyənin tanınmış müğənnisi Serdar Ortacın dediyi “Ms xəstəsi olmaq o deməkdir ki, bu gün yaxşı, sabah pis, növbəti gün isə yaxşı olub, insanları təəccübləndirirsən” sözlərini paylaşıb.

Sənətçi paylaşımına “İnşallah ms-in də çarəsi tapılar” sözlərini əlavə edib.

İzləyicilər də Ehtiram Hüseynovun paylaşımını bəyənərək ona şəfa diləyiblər.

Qeyd edək ki, Dağınıq skleroz – sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.