“Bura yeməkləri düzmüsən. Mənim xalqdan gizli bir sözüm yoxdur. Mən ömür boyu boğazdan yuxarı danışmamışam. Mən sadəliyi oynamamışam, elə bünövrədən sadəyəm!”
Milli.Az xəbər verir ki, bunu “Zaurla Günaydın” verlişində qonaq olan Əməkdar artist Ağalar Bayramov aparıcı Günaya deyib.
Qiraətçi fikrini bu sözlərlə tamamlayıb:
“Bax, dərmanları görürsünüz?! Mən evdə müalicə alıram. Ona görə bu il oruc tuta bilmədim. Allah oruc tutanların orucun qəbul eləsin. Nə bişirmisənsə, gətir mənə yeyim. Mən bu dərmanları içim sonra”.
Xatırladaq ki, fevral ayının ortalarında Əməkdar artist Ağalar Bayramov evində yıxılaraq başından xəsarət almışdı. Ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılan məşhur qiraətçiyə kəllə-beyin silkələnməsi diaqnozu qoyulmuşdu. A. Bayramovun hazırda da müalicəsi davam edir.



