Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTObackend

Əməkdar artist Dilarə Əliyevanın “Toppuş bacı” ilə SON YAZIŞMASI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tünzalə mədəkiçiltmə əməliyyatı etdirdi, arıqladı. Sağlamlığına görə bunu etdi. Amma mən bunu etməyi düşünmürəm”.

Editor.az  Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə “Elgizlə izlə” verilişində deyib.

O, bir neçə gün əvvəl dünyasını dəyişən Əməkdar artist Tünzalə Əliyeva haqqında danışıb. X.Əlizadə bildirib ki, Tünzalə ağır halda ola-ola çəkilişlərə gəlib:

“Onun dünyasını dəyişməyini gözləmirdk. Düşünürdüm ki, sağalacaq. Düşünmürdüm dünyasını dəyişə bilər. Çox güclü idi. Çəkilişlərə gələndə ayaqlarında probem yaranmışdı, ötüşdürürdü. Amma səsi də batdı. Səsin batması bir aktyor üçün pis idi. Deyirdi ki, istəyirəm qızımla çox vaxt keçirim, bilmirəm harada qırılacaq. Mənə yazdı halallıq istədi. O mesajı saxlayacağam”.

Verilişdə daha sonra Əməkdar artist Dilarə Əliyevanın Tünzalə ilə son yazışması nümayiş olunub.

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa xərçəngdən vəfat edib.

Milli.az