Əməkdar artist Əkbər Əlizadə qadınların açıq-saçıq geyimlərini tənqid edib: “Qapalı geyinmək əxlaqdır”backend

Əməkdar artist Əkbər Əlizadə qadınların açıq-saçıq geyimlərini tənqid edib: “Qapalı geyinmək əxlaqdır”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Əkbər Əlizadə qadınların açıq-saçıq geyimlərini tənqid edib. 

Aktyor bu haqda aparıcısı olduğu “Gündən günə” proqramında danışıb. O bildirib ki, qadınlarla yanaşı kişilərin də şortik geyinməsini xoşlamır:

“Evdən çıxıb nəsə almağa gedəndə, yenə deyirəm belə görünməməliyəm. Şortikdə həyətə çıxmaram. Bəzən yastı corablar geyinirlər, ayaqqabıda ayaqyalın görünür. Efirə elə çıxa bilmərəm. Kim geyinir, özü bilər.

Qadınlarda da eyni: qadın nə qədər qapalı geyinərsə, o qədər maraqlı və ismətli olur. Deyirlər, geyim əxlaqdan xəbər vermir. Yox, belə deyil, geyim əxlaqın özüdür. Biz bunu təbliğ etməliyik. Biz rahatıq, belə geyinirik. Nə qədər örtülü olacaqlar, o qədər Azərbaycan qadını adına qürur, əzəmət gətirəcəklər”.