Əməkdar artist evində yıxıldı: Başından xəsarət aldı – Xəstəxanaya yerləşdirildi – FOTObackend

Əməkdar artist evində yıxıldı: Başından xəsarət aldı – Xəstəxanaya yerləşdirildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Ağalar Bayramovun başına iş gəlib.

Tanınmış qiraətçi bir neçə gün əvvəl evində yıxılaraq başından xəsarət alıb. Ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ona kəllə-beyin silkələnməsi diaqnozu qoyulub. A. Bayramovun hazırda xəstəxanada müalicəsi davam edir.

Editor.az bildirir ki, Əməkdar artist Manset.az-a açıqlamasında başına gələnləri təsdiqedib:

“Fevralın 3-dən burdayam, müalicə alıram. Evdə yıxıldım, başın divara dəydi, xəsarət aldım. Çox pis vəziyyətdəydim, günlərdir müalicə alıram. İndi sistem altında danışıram. İnşallah, bir neçə günə yəqin evə buraxarlar. Sənət adamları, dostlarım məni tək qoymadılar, hər gün yanıma gəlirlər.