Əməkdar artist xəstəxanaya yerləşdirildibackend

Əməkdar artist xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgərov xəstəxanaya yerləşdirilib.

Bu barədə  aktyor özü məlumat verib.

O, bildirib ki, bir müddət əvvəl ürəyinə stent qoyulub:

“Müalicə alırdım və dərmanlar mədəyə fəsad verib və həmin orqanımda daxili qanaxma baş verib. Bir neçə gün əvvəl komaya düşdüm. Həkimlərin səyi ilə indi vəziyyətim stabildir”.

Əməkdar artist əlavə edib ki, sabah yenidən ürəyinə stent qoyulacaq.

Qeyd edək ki, sosial şəbəkədə Niftulla Əsgərovun maddi vəziyyətinin zəif olması ilə bağlı paylaşım edilib.

oxu.az