Əməkdar artistin efirdə halı PİSLƏŞDİ: Təcili yardım gəldibackend

Əməkdar artistin efirdə halı PİSLƏŞDİ: Təcili yardım gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu efirdə çətin anlar yaşayıb.

Publika.az xəbər verir ki, o, “Zaurla Günaydın”da bir müddət öncə səhhətində yaranan problemdən danışıb.

Zaur Baxşəliyevin verilişində halının pisləşdiyini deyən sənətçi onu qınayan insanlar belə cavab verib:

“Zaurun verilişində mahnı oxudum, oturdum. Halım pisləşdi. Sonra İlkin Əhmədov çıxdı oxumağa. Hiss edirəm ki, gedirəm. Dedim, Allah məni biabır etmə. Zaura dedim ki, məni çıxart havaya, təcili yardım gəldi. Sosial şəbəkədə biri yazıb ki, “Aferist” İlkin Əhmədovun ifasını bəyənmədi, diqqəti özünə çəkmək istədin. Niyə? Hətta tibb bacısı dedi ki, təzyiqiniz 35-ə düşmüşdü. Onlar paltarın üstündən mənə iynə vurdular”. (Milli.Az)