Əməkdar jurnalist Media Tədris Mərkəzi açdıbackend

Əməkdar jurnalist Media Tədris Mərkəzi açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar jurnalist Elnarə Dərziyeva Media Tədris Mərkəzi yaradıb.

mərkəz barədə danışan E.Dərziyeva bildirib ki, qurum elə bu gündən fəaliyyətə başlayıb:

“Mərkəzdə medianın müxtəlif sahələri üzrə kadrlar yetişdiriləcək. Jurnalistikaya sevgisi, həvəsi olanlar peşəkarlığı media klanlarından, məşhur simalardan öyrənəcəklər. Nəzəri biliklərdən çox təcrübəyə üstünlük veriləcək. Qısa müddət ərzində media mənsubu olmaq istəyən hər kəs Tədris Mərkəzinə müraciət edə bilər. Sonda xüsusi fərqlənən tələbələrin işlə təmin olunmasında köməklik göstəriləcək.

Təhsil müddəti 4-6 aydır. Kursu müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunacaq”.

E.Dərziyeva Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1998-ci ildən mətbuatda çalışır. “Bu gün”, “Elçi”, “Yeni Avrasiya”, “Faktor” qəzetlərində, “Lider”, ATV telekanallarında işləyib.
2016-ci “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Loading...