Əməkdar jurnalist Nair Əliyev vəfat etdibackend

Əməkdar jurnalist Nair Əliyev vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Əməkdar jurnalisti, Oxu.Az-ın əməkdaşı Nair Əliyev dünyasını dəyişib.

Jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib.

Saytımızın kollektivi Nair Əliyevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Nair Əliyev 2021-ci ildən Oxu.Az-da çalışıb. Özünəməxsus yanaşması, xarici ölkə rəsmilərindən və ekspertlərindən eksklüziv açıqlamaları və məqalələri olub.

Qeyd edək ki, Əməkdar jurnalist 1974-cü ildə anadan olub. O, uzun müddət “Exo” qəzetinin baş redaktorunun birinci müavini, daha sonra isə ölkənin bir sıra aparıcı mətbu orqanlarında çalışıb.

Allah rəhmət etsin!