Əməkhaqqı və pensiyalar nə vaxt artacaq? -Bu tarixdən etibarən…backend

Əməkhaqqı və pensiyalar nə vaxt artacaq? -Bu tarixdən etibarən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü ildə sosial yönlü xərclərin dövlət büdcəsi daxilində olan həcmi 2022-ci illə müqaisədə 9.2% daha çox nəzərdə tutulmuşdur. Əməkhaqqının qaldırılması məsələsi yanvar ayının 1-dən baş tutacaq. Vətəndaşlar üçün Dövlət büdcəsinin ən maraqlı tərəfi “əməyin ödənişi” və “sosial ödənişlər“ üzrə olan xərclərin miqdarıdır. Buna görə də məhz 2023-cü il üzrə dövlət büdcəsinin proqnozlarını təhlilini məhz bu iki xərc strukturundan başlamaq və əvvəlki iki illə müqayisə etmək lazımdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

Ekspertin şərhinə əsasən, əməyin ödənişi üzrə vəziyyət:2021-ci ildə 6,495 milyon manat icra, 2022-ci ildə 8,059 milyon manat proqnoz edilmiş əməyin ödənişinə ayrılmış xərclər 2023-cü ildə isə 8,479 milyon manat proqnoz edilir:

“Bu ümumi xərclərin 2021-ci ildə 23,7 faizini, 2022-ci ildə 24,9 faizini, 2023-cü ildə isə 25,5 faizini təşkil edəcək. Deməli, əməyn ödənişinə ayrılmış vəsait 2022-ci ildə özündən əvvəlki illə müqayisədə 1,2 faiz bəndi, 2023-cü ildə isə bundan daha az 0,6 faiz bəndi artırılması proqnoz edilir.
Beləliklə, əməyin ödənişi üzrə artım dinamikası 2023-ci ildə 2022-ci ildə olan artım dinamikasından az proqnoz edilib. Amma yenə də 2023-cü ildə 2022-ci illə müqayisədə 420,8 milyon manat, yəni 5,2 faiz artıb. Sosial ödənişlər üzrə vəziyyət: 2021-ci ildə 3,241 milyon manat icra, 2022-ci ildə 3,834 milyon manat proqnoz edilmiş sosial ödənişlərə ayrılmış xərclər 2023-cü ildə isə 4,061 milyon manat proqnoz edilir. Bu ümumi xərclərin 2021-ci ildə 11,8 faizini, 2022-ci ildə 11,9 faizini, 2023-cü ildə isə 12,2 faizini təşkil edəcək. Deməli, sosial ödənişlərə ayrılmış vəsait 2022-ci ildə özündən əvvəlki illə müqayisədə 0,1 faiz bəndi, 2023-cü ildə isə bundan daha az 0,3 faiz bəndi artırılması proqnoz edilir. Yəni artım dinamikası 2023-ci ildə daha çox proqnoz edilirdi”.

İqtisadçı ekspert bildirir ki, beləliklə, sosial ödənişlər üzrə artım dinamikası 2023-ci ildə 2022-ci ildə olan artım dinamikasından daha çox proqnoz edilib: “Daha dəqiq desək, 2023-cü ildə 2022-ci illə müqayisədə 226,1 milyon manat, yəni 5,9 faiz artıb.

Hesab edirəm ki, bu iki xərc sturukturu üzrə artım faizləri 2023-cü il üzrə olan infilyasiya göstəricilərinə mümkün qədər uyğunlaşdırılmalıdır. Məlumat üçün deyim ki, bu ilin yanvarında Mərkəzi Bankın Baza proqnoza görə 2022-ci ildə illik inflyasiyanın 6.6-7.1% intervalında olacağı gözlənildiyini açıqlanmışdı. Amma artıq orta illik infilyasiya infilyasiya 13% üzərindədir. 2023-cü il üçün isə Mərkəzi Bank Azərbaycanda illik inflyasiyanın bir rəqəmli səviyyəyədək azalacağını açıqlayıb. Hər halda bu proqnoz doğrularsa belə, yenə də 5-6%-ə düşməsi gözlənilən deyil. Buna görə də mümkün qədər uyğunluq mümkün qədər təmin edilməlidir. Məsələn, 2022-ci ildə “Əməyin ödənişi” üzrə olan xərclər 2021-ci illə müqayisədə 23%-dən çox artırılaraq 8 milyard manata çatdırılmışdır. Bu isə inflyasiya göstəricilərinə təxmini uyuşan artım nisbətidir. Amma 2023-cü il üçün nəzərdə tutulan 5,2%-lik artım isə növbəti il üçün proqnoz edilən infilyasiya göstəricisinə uyğun deyil. Ümid edirəm ki, büdcə müzakirələri zamanı bu iki xərc bölməsi üzrə dəyişiklik nəzərdə tutulacaqdır”.

//Safura Bənnayeva, Editor.az