Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI – FOTO/VİDEObackend

Əməliyyatdan sonra ölən körpənin ailəsi FAKTLARI AÇDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl M.A Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 1 yaşlı Səyyad Bayramovun əməliyyatdan sonra ölməsi ilə bağlı xəbər yaymışdıq.

Lent.az xatırladır ki, körpənin ölümü ilə bağlı əməliyyatı edən həkim Elnur Həsənov saytımıza açıqlamasında 1 yaşlı Səyyad Bayramlının xəstəliyinin Volf-Parkinson-Uayt (WPW) sindromu olduğunu bildirmişdi. Həkimin dediyinə görə, onun əsas kriteriyası bundan ibarətdir ki, istənilən an tam rahat ölüm baş verə bilər: “Əməliyyatdan bir gün sonra, 5 gün sonra, bir il sonra – hər an uşaq ölə bilər. Bu həkimdən asılı olan məsələ deyil.  Valideynlər bunu əməliyyatdan əvvəl bilir və imza atır. Heç bir həkim bunu izah etmədən, əməliyyat edə bilməz. Mən 100 % sağaldacam deməmişəm”.

Vəfat edən körpənin ailəsi isə Lent.az-a müraciət edərək bildirib ki, Elnur Həsənovun körpədə olduğunu iddia etdiyi “Volf-Parkinson-Vayt” sindromu özünün müayinə etdiyi sənəddə yer almayıb: “Həkimin açıqlamasına inana bilmədik. Necə ola bilər ki, öz səhvini ört-basdır etmək üçün bu cür açıqlama verə. Əgər belə haqlısınızsa, reanimasiyadan və şöbədən olan kamera görüntülərini yayın. Deyin ki, “siz iftira atırsınız”. Deyin ki, “uşağı 1 gün sonra ağır vəziyyətdə reanimasiyadan palataya biz düşürtməmişik”. Deyin ki, “biz sizdən 5300 manat almamışıq”.

Ailə əlavə edib ki, E.Həsənov Səyyadın əməliyyatını sığorta qarşılamır deyərək, onlara bir sənəd verib: “Sonra isə xəstəxananın açıqlamasında bildirildi ki, əməliyyatı sığorta qarşılayıb. Halbuki bizdən əməliyyat üçün 5 300 manat alınıb. Bundan başqa həkim mediaya açıqlama verərək bildirir ki, uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ancaq uşaq sağlam idi. Uşağın bir gün əvvəl videosunu da çəkmişdik”.

Bununla yanaşı, ailə həkimin “valideynlər riski bilirdi və buna imza atmışdılar” açıqlamasına da cavab verib:

“Verilən sənəddə ölüm və ya risklə bağlı heçnə yazılmamışdı. Həmçinin bu vərəqdə boş xanalar vardı. Belə güman edirik ki, imza atdıqdan sonra həmin boş hissələr istədikləri formada doldurulub”.