UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında İngiltərənin “Liverpul” klubu İspaniyanın “Villarreal” klubunu qəbul edib. İlk görüş 2:0 İngiltərə təmsilçisinin xeyrinə başa çatıb.
Editor.az “sporx” a istinadən xəbər verir ki, matçdan sonra “Villarreal”ın baş məşqçisi Unai Emeri mətbuata açıqlama verib.
“”Liverpul”un oyunu qazanmasına diyəcək bir sözüm yoxdur. Haqqı olan qələbə qazandı. İlk hissədə müdafiədə yaxşı olsaq da hücumda uğurlu ola bilmədik. İki üç qol şansları var idi. İkinci hissədə rəqib təzyiqi daha da artırdı və qol vurmaq onların haqqı idi. 2:0 bizim üçün yaxşı bir nəticə deyil. Ancaq biz mübarizəyə davam edəcəyik, fərqli strategiyalar tətbiq edəcəyik. Revanş oyunu bu gecə olan oyundan fərqli olacaq. Taktiki dəyişikliklər çox önəmlidir. Nələr edəcəyimizi görəcəksiz”, – deyə Emeri bildirib.
//Nəzərbəy, Editor.az

