“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” – Prezident təqaüdçüsübackend

“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” Prezident təqaüdçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar müəllimlərin şagirdləri repetitorluğa kütləvi cəlb etməsi cəmiyyətdə haqlı narazılığa və etiraza səbəb olur. Əksər müəllimlərin dərsdən əlavə müəllimliklə – repetitorluqla məşğul olması təhsil sisteminin ən aktual problemlərindən biridir. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilikləri vermir, bununla da şagirdləri əlavə saatlarda hazırlıqlara sövq etmiş olurlar. 

Məsələ ilə bağlı Yenisabah.az-a  Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Əli Nur danışıb.

O. repetitorluq fəaliyyətinə ehtiyac olmadığını, təhsilin məktəbdə verilməsinin tərəfdarı olduğunu bildirib.

“Sovet vaxtının təhsili müqəddəs təhsil idi. Onda hər hansı müəllim yanına, əlavə hazırlıqlara getməyə ehtiyac yox idi. İndi isə vəziyyət tamam dəyişib. Elm və Təhsil naziri Emin Əmrullayev mənim dostum, qardaşımdır, amma boynumuza almalıyıq ki, bizdə təhsil olduqca zəifdir.

Bunun nədən irəli gəldiyini də söyləyə bilərəm. Çünki bu gün müəllimlərə maarifçilik, vətənpərvərlik işi aşılanmayıb. Müəllim gərək şagirdə özünü, fənnini sevdirə bilsin. Şagirdlərə əvvəlcə fənni sevdirib  daha sonra onu mükəmməl tədris etmək lazımdır”.

Sənətçi qeyd edib ki, şagirdlər məktəbdə mükəmnməl təhsil alarsa, repetitorlara gərək qalmayacaq:

“Şagird hər şeyi məktəbdə öyrənsə, vəziyyət tamamilə başqa cür olar. Sovet dövründə kim məktəbdən əlavə müəllim yanına gedib? Heç birimiz belə etməmişik. Hamı orta təhsilini alırdı, məktəbi bitirib sonra da universitetə əla qiymətlərlə daxil olurdu. Deməli, problem təhsilimizdədir. Təhsilimizdə çat var. Bunu bərpa etmək lazımdır. Orta məktəb güclü faktordur, uşaqların təhsil bünövrəsi məhz məktəbdə qoyulur.

Azərbaycanın Prezidenti təhsilə çox önəm verir, çıxışlarında da həmişə bu barədə danışır. Ulu Öndər Heydər Əliyevin də təhsil haqda müdrik sözləri var.

Amma danılmaz faktdır ki, təhsilimizdə problemlər var, bizi irəli getməyə qoymayan faktorlar var. Bunu tapıb aradan qaldırmaq lazımdır”.