Əmioğludan DƏHŞƏTLİ ƏMƏL: İki qardaş qətlə yetirib yoxa çıxdıbackend

Əmioğludan DƏHŞƏTLİ ƏMƏL: İki qardaş qətlə yetirib yoxa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Rioni kəndində təxminən 40 yaşlarında olan iki qardaş qətlə yetirilib.

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, onlara əmisi oğulu ov tüfəngi ilə atəş açıb.

Kənd sakinlərinin sözlərinə görə, qohumlar arasında mübahisə bir neçə gün əvvəl baş verib. Şahidlər hadisəni törədən şəxsin alkoqollu içkinin təsiri altında olduğunu bildiriblər. Onun saxlanılması hələ mümkün olmayıb.

Faktla bağlı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır.