Emmanuel Makron Donald Trampı inandıra bilməyibbackend

Emmanuel Makron Donald Trampı inandıra bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Financial Times” Fransa hökumətindəki mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla görüşdə Ukraynadakı Avropa kontingentinə atəşkəs rejiminə nəzarəti dəstəkləmək üçün konkret öhdəliklər verməyib.

Adının açıqlanmasını istəməyən fransız rəsmisi qeyd edib ki, ABŞ-ın Ukraynadakı Qərb kontingentinə dəstəyi ilə bağlı hələlik yekun razılaşma yoxdur. Lakin Donald Tramp bu kontingent üçün Amerikanın təhlükəsizlik zəmanətinin verilməsinə etiraz etməyib.

FT mənbəyi onu da vurğulayıb ki, Tramp və Fransa prezidenti Emmanuel Makron arasında müzakirənin əhəmiyyətli hissəsi Rusiyanın atəşkəs rejiminə əməl etməsinin təmin edilməsi məsələsinə həsr olunub. 2015-2016-cı illər Minsk razılaşmaları ilə bağlı vəziyyətin təkrarlanmasının qarşısının alınmasına xüsusi diqqət yetirilib.

//Samir Qurbanov, Editor.az