Emmanuel Makron Donald Trampın siyasətini Avropa İttifaqı üçün “elektroşok” adlandırdıbackend

Emmanuel Makron Donald Trampın siyasətini Avropa İttifaqı üçün “elektroşok” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Donald Trampın Ağ Evə qayıdışı və dövlət başçısı kimi ilk addımları Avropa İttifaqı (Aİ) üçün şok effekt kimidir.

Fransa prezidentinin sözlərinə görə, bu yanaşma Avropa ölkələrini müstəqil şəkildə öz təhlükəsizliyini təmin etməyə və Ukraynanın gələcəyi üçün məsuliyyət daşımağa sövq edəcək. “Bu elektroşokdur. Bizə asimmetrik impulslar, xarici impulslar lazımdır” -deyə Makron Financial Times-a deyib: “Bu, Avropanın addım atması və hərəkətə keçməsi üçün bir andır”.

Fransa prezidenti vurğulayıb ki, “həddindən artıq strateji qeyri-müəyyənlik” Avropa ölkələrini ABŞ-dan asılılığı saxlamaq ümidlərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər. Onun sözlərinə görə, Aİ-nin Çin bazarına arxalandığı model, “Amerika hərbi çətiri” və Rusiyadan gələn ucuz qaz artıq işləmir. Makron Avropanı Amerika silahlarına, xüsusən “Patriot” hava hücumundan müdafiə sistemlərinə etibar etməyi dayandırmağa çağırıb və avropalı tərəfdaşlara Fransa-İtaliya “SAMP-T” hava hücumundan müdafiə sistemlərini almağı tövsiyə edib. “Biz həmçinin tam inteqrasiya olunmuş Avropa müdafiə, sənaye və texnoloji bazanı inkişaf etdirməliyik”, – o əlavə edib.

//Samir Qurbanov, Editor.az