Emmanuel Makron fevralda Ukraynaya gedəcək, gündəlikdə nələr var?backend

Emmanuel Makron fevralda Ukraynaya gedəcək, gündəlikdə nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, 2024-cü ilin fevralında Ukrayna rəhbərliyinin nümayəndələri ilə yeni silah təchizatını müzakirə etmək üçün Kiyevə səfər etmək niyyətindədir.

Lakin o, Ukraynanın paytaxtına səfərinin konkret tarixlərini açıqlamayıb. “Silah tədarükü və yekunlaşdırdığımız razılaşmalarla birlikdə fevralda Ukraynaya səfər etməyi planlaşdırıram.

Mən bu mətnlər üzərində işin başa çatdığını elan edəcəyəm və haqqında danışdığım silahların tədarükü başlayacaq”, – deyə Makron mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Fransa yaxın vaxtlarda Ukraynaya 40-a yaxın SCALP raketi, bir neçə yüz bomba və “Ceaser” özüyeriyən artilleriya qurğusu təhvil verəcək. “Biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və bunu etməməliyik, çünki Avropanın və Rusiyanın bütün qonşularının təhlükəsizliyi şübhə altına alınacaq”, – Fransa prezidenti vurğulayıb.

Bundan başqa, Emmanuel Makronun sözlərinə görə, Fransa və Ukrayna hakimiyyəti yaxın vaxtlarda imzalana biləcək təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzərində işi artıq başa çatdırıb.

//Samir Qurbanov, Editor.az