Emmanuel Makron geri çəkildi: Ukraynadakı münaqişədə heç vaxt təşəbbüsü oz üzərinə götürməyəcəyikbackend

Emmanuel Makron geri çəkildi: Ukraynadakı münaqişədə heç vaxt təşəbbüsü oz üzərinə götürməyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa rəhbərliyi Ukraynadakı münaqişədə “heç vaxt təşəbbüsü oz üzərinə götürməyəcək”.

Editor.az bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron France 2 və TF1 telekanallarına müsahibəsində deyib. O, dünya mətbuatında Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı müzakirələri belə şərh edib. Makron qeyd edib ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi indi lazım deyil.

Fransa prezidenti bildirib ki, münaqişədə Qərb hərbi qüvvələrinin iştirakını “istinna etməyən səbəblər var”. Emmanuel Makron deyib ki, “vəziyyət pisləşərsə” Fransa “Rusiyanın qələbəsinin qarşısını almağa hazır olacaq”. “Biz heç vaxt təşəbbüsü öz üzərinə götürməyəcək”. Fransa prezidenti qeyd edib ki, Rusiya qalib gəlsə, “fransızların həyatı dəyişəcək”. “Avropada artıq təhlükəsizliyimiz olmayacaq”.

//Samir Qurbanov, Editor.az