Emmanuel Makron Məsud Pezeşkiana: Rusiyaya kömək etməbackend

Emmanuel Makron Məsud Pezeşkiana: Rusiyaya kömək etmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron İranın yeni lideri Məsud Pezeşkianı Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməməsi barədə xəbərdarlıq edib.

Editor.az bildirir ki, bu barədə “Reuters” Yelisey sarayının bəyanatına istinadən yazır. Telefon danışığı zamanı Makron qeyd edib ki, Tehran “sabitliyi pozan oyunçulara” dəstəyi dayandırmaqla Livan-İsrail münasibətlərində gərginliyin artmasının qarşısını almaqda da rol oynamalıdır.

Fransa prezidenti həmkarını İranın nüvə proqramının həyəcanverici eskalasiyasını dayandırmağa və beynəlxalq təşkilatların tələblərinə əməl etməyə çağırıb. O, həmçinin üç fransız girovun azad edilməsi ilə ölkələr arasında münasibətlərin yaxşılaşacağını qeyd edib.

//Samir Qurbanov, Editor.az