Emmanuel Makron Moskvanı Parisin “rəqibi” adlandırdıbackend

Emmanuel Makron Moskvanı Parisin “rəqibi” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Rusiya tərəfindən eskalasiya və Ukraynada döyüş zonasında vəziyyətin pisləşməsi halında cavab verməyə hazır olmağa çağırıb.

O, Moskvanı Parisin “rəqibi” adlandırıb. “Sərhədi olmayan biri ilə rastlaşsaq, ona sadəlövhcəsinə deyirik ki, “mən bu və ya digərindən kənara çıxmayacağam”. Hazırda biz sülh bağlamağa cəsarət etmirik, biz artıq məğlubiyyətə razıyıq”, – editor.az bildirir ki, Fransa prezidenti bu fikirləri “France 2” və “TF1” kanallarına müsahibəsində deyib.

Makron əlavə edib ki, Qərb ölkələri “zəif olmamalıdır”. Onun sözlərinə görə, vəziyyətə ayıq baxmaq və əminliklə demək lazımdır ki, Avropa “yəni Rusiyanın məğlubiyyətinə” nail olmağa hazırdır.

Eyni zamanda o qeyd edib ki, Fransa heç vaxt təşəbbüsü öz əlinə almayacaq və “heç vaxt hücuma keçməyəcək”. O, həmçinin bildirib ki, Rusiyanı və ya onun vətəndaşlarını deyil, Rusiya hakimiyyətini düşmən hesab edir. Xatırladaq ki, martın 14-də “Le Monde” qəzeti Yelisey sarayındakı mənbələrə istinadən yazıb ki, Fransa hakimiyyəti 2023-cü ilin iyunundan Ukrayna ərazisinə qoşun yeritmək imkanını nəzərdən keçirir. Nəşrin məlumatına görə, 2024-cü ilin fevralında Emmanuel

Makron həmsöhbətlərinə Odessaya qoşun yeritməyin mümkünlüyünü bildirib. Martın əvvəlində Makron bildirib ki, Fransa hələlik qoşun göndərmək məsələsini nəzərdən keçirmir.

//Samir Qurbanov, Editor.az