Emmanuel Makron: müharibə alovu qonşu ölkələrə də sıçraya bilərbackend

Emmanuel Makron: müharibə alovu qonşu ölkələrə də sıçraya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin qonşu ölkələrə də keçə biləcəyini istisna etmir. O, bu barədə moldovalı həmkarı Maia Sanduya xəbərdarlıq edib.

Editor.az xəbər verir ki, Makron müvafiq bəyanatı mayın 19-da Sandu ilə birgə brifinq zamanı verib. Fransa lideri bildirib ki, “ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək. Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, – Makron bildirib. O əlavə edib ki, Fransa “regional təhlükəsizliklə bağlı vəziyyətə və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hər hansı mümkün qəsd halına xüsusi diqqət yetirmək niyyətindədir”.

Editor.az