“Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovun həbsinin arxasında heç bir siyasi qərar dayanmayıb. Bu, Fransa məhkəmə sisteminin qanun pozuntularına və əməkdaşlıqdan imtinaya cavab olaraq atdığı addımdır”.
Bu sözləri Fransa prezidenti Emmanuel Makron “Variety” jurnalına müsahibəsində deyib.
Fransa prezidenti bildirib ki, “Telegram” bəzi digər platformalar kimi dözümsüzlüyün artmasına töhfə verir və ifadə azadlığını qorumaq adı altında demokratiyaya qarşı çıxış edir.
“Rəqəmsal oyunçulardan internetdə hər hansı qeyri-qanuni fəaliyyətə qarşı mübarizədə əməkdaşlıq tələb olunur və bizim məhkəmə sistemimiz qanun pozuntusuna müvafiq reaksiya vermək səlahiyyətindədir. “Telegram”ın həmtəsisçisinin saxlanılması da məhz bununla əlaqədardır”, – deyə Emmanuel Makron vurğulayıb.