Emmanuel Makron: Rusiyaya heç bir güzəşt olunmamalıdırbackend

Emmanuel Makron: Rusiyaya heç bir güzəşt olunmamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Ukrayna məsələsində Rusiyaya güzəştə getməməlidir.

Editor.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Krım Platforması” sammitində çıxışı zamanı deyib. Onun fikrincə, dünyada sülh bundan asılıdır. “Rusiya öz üzərinə götürdüyü öhdəliklərə baxmayaraq seçimini edib… Biz heç bir zəiflik, heç bir güzəşt ruhu nümayiş etdirməməliyik, çünki söhbət hamı üçün azadlıqdan, hər şeydən və dünyanın hər yerində sülhdən gedir”, – deyə Makron bildirib.

O əlavə edib ki, Qərb Ukraynanın bütövlüyünü qorumaq üçün diplomatiyanın bütün formalarından istifadə etməlidir. Xatırladaq ki, Krım Platforması Sammiti ikinci dəfədir keçirilir. Ukraynadakı hərbi əməliyyatlar səbəbindən budəfəki sammit onlayn baş tutub və onun işində 60-a yaxın ölkə iştirak edir.

  //Samir,Editor.az