Emmanuel Makron Rusiyaya qarşı yeni sanksiyalara çağırıbbackend

Emmanuel Makron Rusiyaya qarşı yeni sanksiyalara çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Buçadakı görüntülərdən sonra Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin vacibliyindən danışıb.

Editor.az xəbər verir ki, Makron Kiyevin yaxınlığındakı hadisələrlə bağlı yayılan görüntüləri müharibə cinayətinin açıq göstəricisi kimi təqdim edib.

“Bu kadrlara baxmaq çox çətindir. Beynəlxalq ədalət mexanizmi işə düşməli, bu cinayətləri törədənlərin cəzası dərhal verilməlidir”- Fransa Prezidenti bildirib.

Fransız siyasətçi həmçinin iddia edib ki, Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar kömür və neft sənayesini hədəf almalıdır. Makron bu sanksiya tələbini Almaniya ilə razılaşdıracaqlarını da bildirib.

//Gülnarə Abasova, Editor.az