Emmanuel Makron Ukraynada sülh planının detalarını açıqlayıbbackend

Emmanuel Makron Ukraynada sülh planının detalarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Ukraynada ABŞ və Rusiya arasında razılaşdırıla biləcək atəşkəsin effektivliyinə inanmadığını bildirib.

O bildirib ki, Fransa və Böyük Britaniya münaqişənin həlli üçün alternativ plan hazırlayıb.

Havada və dənizdə atəşkəs, həmçinin enerji obyektlərinə hücumlara moratoriumun tətbiqi. Birinci mərhələ bir ay davam etməlidir;

Ukrayna ərazisinə sülhməramlıların göndərilməsi.
Fransa prezidenti hesab edir ki, bir neçə gün ərzində Ukrayna münaqişəsinin həlli “ölü nöqtədən” çıxa bilər. O, həmçinin əmin edib ki, yaxın həftələrdə “Ukrayna ərazisində heç bir Avropa qoşunu olmayacaq”. “Məsələ ondan ibarətdir ki, biz bu vaxtdan məqbul atəşkəsə nail olmaq üçün necə istifadə edəcəyik, danışıqlar bir neçə həftə çəkəcək və sülh imzalandıqdan sonra qoşunlar Ukraynada yerləşdiriləcək”, – Emmanuel Makron bildirib. O, atəşkəsə əməl olunub-olunmadığını yoxlamağın “çox çətin” olacağını bildirib.

Emmanuel Makron həmçinin ABŞ və Ukrayna arasında dialoqun bərpasını vacib adlandırıb. İki ölkə arasında münasibətlər prezidentlər Donald Tramp və Vladimir Zelenski arasındakı mübahisədən sonra pisləşib.

//Samir Qurbanov, Editor.az