Emmanuel Makron: Ukraynanın əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edirbackend

Emmanuel Makron: Ukraynanın əks-hücum əməliyyatı bir neçə gündür ki, davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına kömək etmək üçün Ukraynaya hərbi yardımları gücləndirəcək.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, o, bunu Almaniya kansleri Olaf Şolz və Polşa prezidenti Anjey Duda ilə keçirdiyi mətbuat konfransında deyib. “Biz kömək etmək üçün hər şeyi edirik. Sursat, silah və silahlı texnika tədarükünü artırırıq”, – Makron bildirib. Fransa prezidenti yardımların yaxın həftələrdə də davam etdiriləcəyini vurğulayıb.

O, həmçinin əlavə edib ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb və o, əks-hücumun başlandığını təsdiqləyib. Bundan əvvəl Makron bildirib ki, Ukraynanın əks-hücum əməliyyatı artıq bir neçə gündür ki, davam edir və Kiyevə danışıqlara mümkün qədər sərfəli başlamağa imkan verəcək şərtlərə gətirib çıxarmalıdır. Ağ Ev də Ukraynanın əks-hücum əməliyyatlarına başladığını təsdiqləyib və bununla əlaqədar yeni hərbi yardım hazırlayır.

 //Samir Qurbanov,Editor.az