Emmanuel Makron və Key Starmer Donald Trampı dilə tutmaq üçün Vaşinqtona gedirlərbackend

Emmanuel Makron və Key Starmer Donald Trampı dilə tutmaq üçün Vaşinqtona gedirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampı Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə ikitərəfli danışıqları davam etdirməməyə inandırmaq istəyirlər.

Bunun müqabilində onlar Avropanın Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək öhdəliyini təklif edəcəklər.

Editor.az “The Times”ə istinadən bildirir ki, Makron bu gün, fevralın 24-də Vaşinqtona gedəcək. Starmer isə fevralın 27-də ABŞ-a səfər edəcək. Nəşrin məlumatına görə, iki ölkənin nümayəndələri ABŞ prezidentinin Ukraynadakı münaqişəyə son qoymaq planına təsir etmək cəhdi ilə yanaşmalarını əlaqələndirmək barədə razılığa gəliblər. Onlar əmindirlər ki, qlobal təhlükəsizlik üçün “kritik an” gəlib çatıb. Kiyevə konkret hansı təhlükəsizlik təminatlarının verilə biləcəyi açıqlanmır.
“The Wall Street Journal” yazıb ki, Emmanuel Makron və Keir Starmer Trampa “ABŞ-ın dəstəyi ilə” Ukrayna ərazisinə 30 min sülhməramlı yerləşdirməyi təklif edəcəklər. Amma bu planın həyata keçirilməsi Moskva və Kiyevin atəşkəslə bağlı razılığa gəldiyi təqdirdə mümkündür. Pentaqon dəfələrlə Ukraynada Amerika hərbçilərinin olmayacağını bildirib.

//Samir Qurbanov, Editor.az