Emmanuel Makron Vladimir Putinə cavab verdi: nüvə silahımız olarkən bizi təhdid etmək yersizdirbackend

Emmanuel Makron Vladimir Putinə cavab verdi: nüvə silahımız olarkən bizi təhdid etmək yersizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron növbəti dəfə nüvə silahı ilə təhdidlərə əl atan Rusiya Federasiyasının prezidenti

Vladimir Putinə xatırladıb ki, nüvə silahı təkcə Rusiyada deyil. “Bizim nüvə silahımız olarkən bizi təhdid etmək yersizdir”, – Makron deyib.

Fransa lideri qeyd edib ki, bir neçə aydır Kreml rəhbəri ilə danışmayıb, baxmayaraq ki, əvvəllər belə dialoq “lazım olanda” olub.

Makron vurğulayıb ki, son illərdə Putin “bir neçə müharibə teatrında sabitliyi pozan qüvvəyə çevrilmək qərarına gəlib”. O həmçinin qeyd edib ki, Fransa dünyada az sayda ölkənin malik olduğu nüvə potensialı ilə ilk növbədə fransızların təhlükəsizliyini təmin edir.

“Biz özümüzü qorunan hiss etməliyik, çünki biz nüvə qüvvəsiyik. Biz hazırıq, bizim doktrinamız var. Nüvə məsələlərinə gəldikdə, bir neçə sözə ehtiyac var: bu, təhlükəsizlik alətidir. Bu, eskalasiyaya heç vaxt yol verməmək məsuliyyətini üzərinə qoyur”- Fransa prezidenti bildirib.

//Samir Qurbanov, Editor.az