Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin nüvə doktrinasının yenilənməsi ilə bağlı imzaladığı fərman fonunda Moskvanı Ukraynadakı vəziyyətin “kollektiv deeskalasiyasında” iştirak etməyə çağırıb.
Rio-de-Janeyroda başa çatan G20 (Böyük İyirmiliyin) sammiti çərçivəsində Makron “Prezident Putini öz sağlam düşüncəsindən və öz öhdəliklərindən istifadə etməyə… BMT Nizamnaməsinə hörmət etməyə və kollektiv gərginliyi azaltmağa çağırıram” -deyib.
Noyabrın 19-da ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə uzaqmənzilli ATACMS raketlərini vurmasına qoyulan qadağanın götürülməsini təsdiqləyən Amerika hakimiyyətinin ilk nümayəndəsi olub. Rusiya Müdafiə Nazirliyi dünən bu Amerika raketlərinin Bryansk bölgəsini vurduğunu bildirib.
//Samir Qurbanov, Editor.az