Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin zənginə cavab verəcəyini bildirib. Lakin əlavə edib ki, o, özü Putinə zəng etmək fikrində deyil, çünki bunun üçün heç bir əsas yoxdur.
Editor.az bildirir ki, Makron bunu “Franceinfo” telekanalında deyib. “Əlbəttə ki, onun telefonunu götürərəm. Lakin özünün Vladimir Putinə “zəng etmək üçün heç bir səbəbi yoxdur”.
Makron əlavə edib ki, Paris və Moskva arasında dialoq yalnız Rusiya və Ukrayna arasında hərbi münaqişə başa çatdıqdan sonra bərpa oluna bilər. O qeyd edib ki, Fransa Rusiya və Ukrayna arasında vasitəçi olmağa da hazırdır. “Əgər o, mənə nəsə təklif etmək üçün zəng etsə, cavab verəcəm, çünki Fransa həmişə vasitəçi güc olub”, – Makran vurğulayıb.
//Samir Qurbanov,Editor.az

