Emoməli Rəhmon: “Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”backend

Emoməli Rəhmon: “Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il COP29-u keçirməsi ilə bağlı qərarını alqışlayırıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Tacikistan Prezidenti, eyni zamanda, vurğulayıb: “Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”.