Ən qısa müddətdə atəşkəslə bağlı razılıq əldə olunmalıdır – Çavuşoğlubackend

Ən qısa müddətdə atəşkəslə bağlı razılıq əldə olunmalıdır – Çavuşoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna arasında ən qısa müddətdə atəşkəslə bağlı razılıq əldə olunmalıdır.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, müharibədən bəri bu, ən məhsuldar görüş oldu.

“Bu gün tərəflər arasında yaxınlaşmanın hər mərhələdə artdığını görməkdən məmnunuq. Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündə bəzi mövzularda müəyyən razılıqlar əldə olundu. Əvvəlcə xarici işlər nazirləri, sonra isə liderlər səviyyəsində görüş keçirilə bilər”, – deyə əlavə edib.