Rusiya Ukraynanın enerji sektoruna növbəti dəfə zərbə endirərək dörd vilayətin elektrik enerjisini qismən kəsib.
Energetika nazirinin birinci müavini Artem Nekrasov bu barədə brifinqdə məlumat verib.
Onun sözlərinə görə, düşmənin enerji infrastrukturuna hücumları nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkasy vilayətlərindəki istehlakçılar elektrik enerjisiz qalıb. “Düşmən hücumları nəticəsində zədələnmiş obyektlərdə bərpa işləri davam edir”, – deyə Nekrasov qeyd edib. Çətin hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
Nazirin birinci müavini bildirib ki, “Regional enerji şirkətinin briqadaları zədələnmiş xətləri bərpa etmək üçün gecə-gündüz işləyir”. O əlavə edib ki, Kiyevdə təcili elektrik kəsintiləri ləğv ediləcək və buna görə də elektrik şəbəkəsində vəziyyət sabitləşdikdən sonra paytaxt planlaşdırılmış elektrik kəsintilərinə qayıdacaq.
//Samir Qurbanov, Editor.az

