Enerji operatoru Çernobıldə enerji təchizatının sıradan çıxdığını bildiribbackend

Enerji operatoru Çernobıldə enerji təchizatının sıradan çıxdığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çernobıl AES-də elektrik enerjisi kəsilib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna enerji dövlət şirkəti məlumat yayıb.

Şirkət tərəfindən verilən məlumata görə, 1986-cı ildən bəri təhlükəli ərazi olaraq elan edilən Çernobıldə elektrik enerjisinin bərpası müharibə səbəbilə mümkün deyil.

BMT-nin nüvə nəzarəti təşkilatının verdiyi məlumata əsasən enerji kəsilməsi təhlükəsizliyə təsir etməyib. Çernobıl Atom Stansiyasının səlahiyyətli şəxsləri tərəfindən BBC-yə bildirilib ki, generatorlarda 48 saat ərzində obyekti işlətmək üçün kifayət qədər yanacaq var.

Ukraynanın “Enerqoatom” atom enerjisi şirkəti Çernobıl AES-də enerji təchizatının kəsilməsi nəticəsində ətraf mühitə yayıla biləcək radioaktiv maddələrin həm insanlar, həm də ətrafdakı digər canlılar üçün ciddi fəsadlar doğura biləcəyi bildirilib.

//Sərxan Həsənov, Editor.az