Enes Ünal: “Məqsədim səviyyəli hücumçu olmaqdır”backend

Enes Ünal: “Məqsədim səviyyəli hücumçu olmaqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə milli komandasının və İspaniyanın “Getafe” klubunun oyunçusu Enes Ünal bu mövsüm 16 qolla bombardirlər yarışında beşinci oldu. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, o karyerası ilə bağlı İspaniyada müsahibə verib. Ünal müsahibə zamanı səviyyəli hücumçu olmaq arzunu bildirib.

“Mərkəz hücumçunun meydanda çox işi var, amma qol vura bilmirsənsə,  demək heç bir şeyin mənası yoxdur. Laliqada yaxşı səviyyədə olduğum bir neçə mövsüm keçirmişəm. Ancaq ən əla olduğum mövsüm bu mövsüm idi. Qələbə qazanmaq üçün meydandasansa, qol vurmalısan. Qol vura bilməyəndə özümü natamam hiss edirəm. Qol vurmaq istəyi məndə asılılıq yaradır. Hər matça çıxıb qol vurmaq istəyirəm. Məqsədim həmişə 10 qol vurmaq olub. Sonra bacardığım qədər vurub həzz alıram. Qol vurmaq üçün sizə qol imkanları yaradan komanda yoldaşlarınız lazımdır. Uşaqlıqdan məsuliyyətimi dərk etmişəm. Azərkeşlər üçün və özüm üçün qol vurmaq istəyirəm. Hücumçu olduğum üçün ən çox təzyiq altında olan futbolçuyam. Komandam üçün əlimdən gələni edirəm. Baş məşqçi Flores çox təmkinli biridir. Bizə hər zaman yaxşı motivasiya verir. Məqsədim səviyyəli hücumçu olmaqdır”,- deyə Enes Ünal bildirib.

//Nəzərbəy, Editor.az