“Ənsar Allah” BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini ələ keçiribbackend

“Ənsar Allah” BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Sənadakı ofisini ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 3-də “Ənsar Allah” hərəkatı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) Yəmənin paytaxtı Sənadakı ofisini ələ keçirib. OHCHR rəhbəri Volker Türk bildirib ki, husilər oradakı bütün əşyaları, sənədləri və nəqliyyat vasitələrini müsadirə ediblər: “BMT ofisinə icazəsiz daxil olmaq, sənədləri və əmlakı zorla ələ keçirmək BMT-nin imtiyazları və immunitetləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu, həm də BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi də daxil olmaqla, mandatını yerinə yetirmək qabiliyyətinə ciddi hücumdur”, – deyə Türk bəyanatında bildirib.

O, husiləri dərhal binaları tərk etməyə və bütün əmlakı geri qaytarmağa çağırıb.

Xatırladaq ki, 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər husilər BMT-nin 15 əməkdaşını, o cümlədən 8 OHCHR əməkdaşını saxlayıblar. Ali komissar qeyd edib ki, onların hamısı hələ də gizlədilir.

//Samir Qurbanov, Editor.az